Tbilisidən Brüsselə sərt mesaj: Bizi öz marionetinizə çevirə bilməyəcəksiniz
16:33 Dünya"Gürcüstanın marionet dövlətə çevriləcəyinə ümid bəsləyənlər bu gün gürcü xalqının iradəsini görəcəklər, bu, Brüssel (Avropa İttifaqı) üçün növbəti lakmus kağızı rolunu oynayacaq".
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, Brüssel Gürcüstan hökumətində öz marionet nümayəndələrini görmək istəyir:
"Ekstremistlər yaramazdırlar, demokratiya düşmənidirlər. Ona görə də ekstremist partiyaları prosesdən kənarda qoymaq üçün konstitusiya dəyişikliyi üzərində işləyirik. Ekstremizmlə mübarizədə qanunverici vasitələrindən istifadə etmək lazımdır. Bu yaxınlarda Almaniyada bir ekstremist təşkilat, Moldovada bir partiya ləğv edilib".
Spiker qeyd edib ki, ekstremistlərə hüquqi cavab verməkdən başqa çarə yoxdur:
"Gürcüstanın marionet dövlətə çevriləcəyinə ümid bəsləyənlərə bu gün gürcü xalqı öz iradəsini göstərəcək. Brüssel üçün daha bir lakmus sınağı olacaq".
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.