ABŞ hökuməti miqrant uşaqlara ölkəni tərk etmələri üçün 2500 dollar təklif edir – ÖZƏL
13:27 DünyaABŞ federal hökuməti 14 yaş və yuxarı yaşı olan miqrant uşaqlara ölkəni könüllü şəkildə tərk etmələri üçün 2500 dollar ödəməyi təklif edib.
Olaylar.az xəbər verir ki, bu barədə NBC News-a sızan, Səhiyyə və Sosial Xidmətlər Departamentinin (HHS) göndərdiyi memorandumda bildirilir.
Proqram Meksika istisna olmaqla bütün ölkələrdən olan və hazırda Qaçqınlarla İş üzrə Xidmətin (ORR) himayəsində olan uşaqlara şamil edilir. Hökumət bu ödənişləri "vətənə qayıdış və yenidən inteqrasiya prosesini dəstəkləmək üçün yardım" kimi təqdim edir.
Daxili Təhlükəsizlik Departamenti (DHS) artıq bu təşəbbüsdən yararlana biləcək uşaqları müəyyən edib. ICE nümayəndəsi Emili Kovinqton bildirib ki, təklif "tamamilə könüllüdür" və uşaqlara gələcəkləri ilə bağlı "şüurlu seçim imkanı" verir.
Ödəniş yalnız immiqrasiya hakimi uşağın "könüllü qayıdış" müraciətini təsdiqlədikdən və o, doğma ölkəsinə çatdıqdan sonra veriləcək.