Çin Trampa 1 trilyon dollarlıq investisiya təklif edir – Əvəzində isə...
10:29 DünyaÇin ABŞ prezidenti Donald Tramp administrasiyası ilə ABŞ-da Çin investisiyalarına qoyulan məhdudiyyətlərin mümkün ləğvi ilə bağlı danışıqlar aparır.
Olaylar.az xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.
Mənbələrin məlumatına görə, Pekin ticarət danışıqları çərçivəsində ABŞ-a 1 trilyon dollarlıq investisiya təklif edib. Qeyd olunur ki, Çin bunun müqabilində ABŞ-da inşa edilən Çin müəssisələrinin istifadə etdiyi resursların idxalına tariflərin azaldılmasını tələb edir.
Bloomberg vurğulayır ki, Vaşinqton Pekinin təkliflərini qəbul edərsə, ABŞ-a potensial Çin sərmayəsinin həcmi hələ də müzakirə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31