Narkotik alverçiləri ABŞ, Avropa və Dubayda yaşayırlar – Kolumbiya prezidenti

Kolumbiya prezidenti Qustavo Petro beynəlxalq narkotik ticarəti ilə mübarizə çərçivəsində ABŞ-ın Karib dənizində gəmilərə endirdiyi zərbələrə kəskin etiraz bildirib. 

Olaylar.az xəbər verir ki, o, Kolumbiyanın Caracol radiostansiyasının Karib dənizindəki gəmilərə hücumları əks etdirən videoçarxı şərh edərkən X səhifəsində ABŞ-ın özünü, eləcə də Avropa ölkələrini narkotik ticarəti ocaqları adlandırıb:

"Narkoterrorçular qayıqlarda üzmürlər. Narkotik alverçiləri ABŞ, Avropa və Dubayda yaşayırlar".

Petronun sözlərinə görə, ABŞ ordusunun hərəkətləri qeyri-mütənasibdir: "Bu qayıq bəzi Karib ölkələrindən olan gəncləri, yoxsul insanları daşıyır. Kolumbiyanın etdiyi kimi, gəmiləri tutmaqla qarşısını ala biləcəyi hallarda raketlərlə hücum etmək, mütənasibliyin ümumi hüquqi prinsipini pozur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31