Senat yenə razılığa gələ bilmədi: Şətdaun davam edir
03:20 DünyaABŞ Senatı federal hökumətin qismən dayandırılmış maliyyələşməsini bərpa etmək üçün hər iki tərəfin təklif etdiyi iki qanun layihəsini yenidən rədd edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Respublikaçılar tərəfindən hazırlanan və əvvəllər Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi lehinə 54, əleyhinə isə 44 səs toplayıb.
Demokratların qanun layihəsi isə lehinə 46, əleyhinə isə 52 səs toplayıb. Yuxarı palatada təsdiq üçün ən azı 60 səs lazımdır.
Beləliklə, senatorlar ABŞ-da federal hökumətin qismən bağlanmasına son qoyacaq qanun layihəsini yenə də qəbul edə bilməyiblər
Senatın bu qanun layihələrini bazar ertəsi, oktyabrın 6-da yenidən səsə qoyacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31