Belçikada HƏYƏCAN: Hərbi baza üzərində naməlum PUA-lar AŞKARLANDI
14:42 DünyaBu gün Belçikanın şərqində yerləşən hərbi bazanın üzərində təxminən 15 pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub.
Olaylar.az xəbər verir ki, bu barədə VRT məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə yerli vaxtla saat 01:45 radələrində Almaniya sərhədi yaxınlığında, Liej əyalətindəki NATO-ya məxsus "Elzenborn" hərbi təlim zonasında qeydə alınıb.
Hərbi rəsmilərin açıqlamasına görə, PUA-lar hava məkanının izlənilməsi sistemlərinin sınaqları zamanı aşkarlanıb. İlkin ehtimallara görə, dronlar Belçika ərazisindən Almaniyaya keçib. Daha sonra PUA-lar sərhədin digər tərəfində, Düren şəhəri yaxınlığında da görünüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31