Ekspert: “Qərb cəmiyyətdə saxta xəbərlərin yalnız xaricdən gəldiyi təsəvvürünü yaradır”- ÖZƏL
14:18 DünyaABŞ hərbi eksperti Abraham Abrams bildirib ki, Qərbin informasiya məkanındakı dominantlığı saxta xəbərlərin yalnız qeyri-Qərb ölkələrindən qaynaqlandığı barədə yanlış təsəvvür formalaşdırır. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Qərb dünyasında cəmiyyətlər böyük ölçüdə öyrəşib ki, dezinformasiya xarici qüvvələrdən gəlir. Abrams həmçinin ABŞ-da müşahidə olunan spesifik vəziyyətə də diqqət çəkib: demokratlar və respublikaçılar bir-birlərinə yaxın mediaya etimad göstərmirlər, bu isə daxili parçalanmanı gücləndirir.
"ABŞ-da hər iki siyasi düşərgə - demokratlar və respublikaçılar qarşı tərəfə məxsus media qurumlarına şübhə ilə yanaşır. Məsələn, prezident Donald Tramp ilk müddətində CNN və digər media orqanlarını saxta xəbərlər yaymaqda ittiham edirdi", - deyə ekspert vurğulayıb. Abrams hesab edir ki, dezinformasiya ilə mübarizə aparmaq üçün ölkələr ya öz rəqəmsal platformalarını inkişaf etdirməli, ya da birgə təşəbbüslərlə daha dayanıqlı informasiya məkanı yaratmalıdırlar.