AŞPA Gürcüstan demokratiyasının bərpası üçün hərəkətə keçir – ÖZƏL

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstan üzrə xüsusi debatlardan sonra "çox vacib qətnamə" qəbul edib. Bu, Gürcüstan demokratiyasının bərpası və ölkənin Avropa yoluna qaytarılması üçün Avropanın hərəkətə keçməsinin başlanğıcıdır.

Olaylar.az xəbər verir ki, bu barədə "Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava məlumat verib.

Bokuçavanın sözlərinə görə, bu qətnamə uzun müddət ərzində avropalı tərəfdaşlarla birgə aparılan işin nəticəsidir. O, qeyd edib ki, burada söhbət ümumi çağırışlardan deyil, konkret mexanizmin işə salınmasından gedir.
"Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən (işə salınan) bu mexanizm İvanişvili rejiminə antidemokratik qanunları ləğv etmək və ölkədə insan hüquqlarının pozulmasını dayandırmaq üçün hüquqi öhdəlik qoyacaq," - Bokuçava bildirib.

O, bu mexanizmin işə salınmasına ilk dəfə çağırış edildiyini vurğulayıb və bu addımın sivil dünyanın Gürcüstanda birpartiyalı diktatura konsolidasiyasının yaranması təhlükəsindən ciddi narahat olduğunu göstərdiyini deyib.

Bokuçava fikrini yekunlaşdıraraq qeyd edib ki, Avropa bu konkret addımlarla Gürcüstan demokratiyasını bərpa etmək, Gürcüstan xalqına dəstək olmaq və ölkəni Avropa, normal, sivil inkişaf yoluna qaytarmaq üçün hərəkətə başlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31