Braziliyada uşaq əlinə spiral tutaraq dünyaya gəldi - ÖZƏL

Braziliyada qeyri-adi hadisə baş verib - yeni doğulan körpə dünyaya spiral (uşaqlıqdaxili vasitə) tutaraq gəlib. Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Körpənin adı Mateus Gabriel qoyulub. Onun anası Keydi Arauju de Oliveyra təxminən iki ildir hamiləliyin qarşısını almaq üçün spiral istifadə edirmiş. Lakin bütün ehtimallara baxmayaraq hamiləlik baş verib. Həkimlər spiralın çıxarılmasının riskli olduğunu düşündükləri üçün onu doğuma qədər uşaqlıqda saxlayıblar. Nəticədə bəzi fəsadlara baxmayaraq, körpə sağlam şəkildə dünyaya gəlib.
Hadisə zamanı həkim Nataliya Rodriqes tərəfindən çəkilmiş foto sosial şəbəkələrdə sürətlə yayılıb. Şəkildə Mateus doğumdan sonra əlində spiral tutmuş vəziyyətdə görünür. Yazıda belə qeyd olunub: "Öz kubokumu tuturam - mənə qalib gələ bilməyən spiral."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31