Qazaxıstanlı Danna Karaqusova Blue Origin-in kosmik turuna qatılacaq – ÖZƏL
11:17 DünyaQazaxıstanlı Danna Karaqusova (sabiq deputat Quljana Karaqusovanın qızı) oktyabr ayında həyata keçiriləcək NS-36 kosmik turizm missiyasının heyətinə daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
ABŞ-nin özəl aerokosmik şirkəti Blue Origin-in açıqlamasına görə, Karaqusova ilə birlikdə iş adamı Ceff Elgin, mühəndis Klint Kelli III, seriyalı sahibkar Aaron Nyuman, ukraynalı biznesmen Vitali Ostrovski və adı gizli saxlanılan daha bir iştirakçı kosmosa uçacaq.
Şirkətin saytında Karaqusovanın qısa bioqrafiyası da dərc olunub. Bildirilir ki, onun media, distribüsiya və tədbir təşkili sahəsində 25 ildən artıq təcrübəsi var. O, Portals adlı multimodal ekosistemin həmtəsisçisidir. Bu platforma rəqəmsal özünütənzimləmə alətlərindən istifadə edərək incəsənət və elmi birləşdirir.
Karaqusovanın həmçinin alpinistlik təcrübəsi var: o, Kilimancaro və Elbrus zirvələrini fəth edib.
Kosmik uçuş təxminən 12 dəqiqə davam edəcək, bunun bir neçə dəqiqəsi isə çəkisizlik şəraitində baş tutacaq. Missiya canlı olaraq Blue Origin saytında, X (Twitter) və YouTube-da yayımlanacaq.