Norveçdə hərbi təlimlər zamanı 5 əsgər itkin düşüb – ÖZƏL
3 Oktyabr 2025 11:07 DünyaNorveçdə Rusiya sərhədi yaxınlığında keçirilən hərbi təlimlər zamanı beş hərbçi itkin düşüb.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
İlkin olaraq on əsgərin yoxa çıxdığı bildirilsə də, onların üçü sonradan təyin olunmuş görüş yerinə qayıdıb, daha ikisi isə xilasetmə helikopteri tərəfindən tapılıb. Hazırda itkin düşən beş nəfərin arasında həm zabitlər, həm də çağırışçılar var.
NRK-nin məlumatına görə, hərbçilər gizli hərəkət bacarıqlarını məşq edirdilər. Operativ qərargahın rəhbəri Haukland Hansen bildirib ki, bir neçə versiya araşdırılır. Onun sözlərinə görə, hərbçilər yığılma vaxtını səhv başa düşə, planlaşdırıldığından daha uzun müddət gecikə və ya zədə alaraq azmış ola bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31