ABŞ narkokartellərlə silahlı münaqişə vəziyyətindədir – Tramp

ABŞ prezidenti Donald Tramp ölkənin narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib. Olaylar.az xəbər verir ki, bu mövqe onun Konqresə göndərdiyi və The New York Times-ın (NYT) əlinə keçən gizli müraciətində əksini tapıb.

Qəzetin yazdığına görə, narkotik kartellərinə qarşı kampaniyanın yeni statusu Karib hövzəsində gəmilərə əvvəlki zərbələrin hüquqi əsaslandırılmasını nəzərdə tutur.

Tramp bəyan edib ki, kartel nümayəndələrinin hərəkətləri ABŞ-a silahlı hücum, qaçaqmalçılar isə qeyri-qanuni döyüşçülər hesab olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31