Kobaxidze: “Gürcüstan–Aİ münasibətlərinin yenidən nəzərdən keçirilməsinə hazırıq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze Kopenhagendə keçirilən tədbirdə ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinin gələcəyi barədə danışıb.

Onun sözlərinə görə, səfər çərçivəsində 30-dan çox liderlə birbaşa görüş imkanı olub və hər birində Gürcüstanın milli maraqları, həmçinin Aİ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi məsələsi müzakirə olunub.

"Bizim bir çox yüksək səviyyəli liderlərlə görüşlərimiz oldu. Onların bir hissəsi münasibətlərin yenidən nəzərdən keçirilməsinə və Avropa İttifaqına inteqrasiya ilə bağlı bütün mövzular üzrə açıq müzakirələrə hazır olduqlarını bildirdilər. Bu, çox yaxşı impuls ola bilər. Biz də öz növbəmizdə tam hazırlığımızı ifadə etdik - açıq, şəffaf və ictimai müzakirələrə hazırıq. Bu, Gürcüstan və Aİ arasında münasibətlərin sağlamlaşdırılması üçün vacibdir," - deyə Kobaxidze qeyd edib.

Baş nazir həmçinin Avropa Şurasının Baş katibi ilə görüşdüyünü, ikitərəfli danışıqlar və iqtisadi əlaqələr mövzusunda panel müzakirəsində çıxış etdiyini də vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31