"Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm"
21:51 DünyaMakron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir
Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanacağına ümidvar olduğunu deyib.
O, bunu Kopenhagendə azərbaycanlı jurnalistlərə müsahibəsində bildirib.
"Bu gün səhər Baş nazir Paşinyanla (Ermənistanın Baş naziri Nikol Paşinyanla), günorta isə Prezident Əliyevlə (Azərbaycan Prezidenti İlham Əliyevlə) görüşdüm. Ümid edirik ki, paraflanmadan sonra sülh sazişinin tam şəkildə imzalanması baş tutacaq və region ölkələri ilə münasibətlərin tam normallaşması üçün bütün zəruri addımlar atılacaq", - o, qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31