ABŞ Rusiyaya zərbə üçün Ukraynaya kəşfiyyat məlumatı ötürəcək
11:42 DünyaABŞ Ukraynaya Rusiyanın enerji infrastrukturuna raket zərbələri endirmək üçün kəşfiyyat məlumatı verəcək.
Olaylar.az bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazır.
Məlumata görə, Amerika rəsmiləri NATO müttəfiqlərindən Kiyevə də analoji dəstək vermələrini xahiş ediblər. ABŞ, həmçinin Ukraynaya "Tomaqavk" qanadlı raketləri və "Barakuda" sursatlarının göndərilməsi imkanını nəzərdən keçirir, baxmayaraq ki, onların çatdırılması ilə bağlı qərar hələ qəbul edilməyib.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya oktyabrın 1-də bildirib ki, ABŞ Kiyev hökumətini "Tomaqavk" qanadlı raketləri ilə təchiz etməyə qərar verərsə, Moskva buna cavab verəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu həftənin əvvəlində ABŞ-nin Ukrayna üçün mümkün "Tomaqavk" qanadlı raketləri ilə bağlı məsələnin hələ yekun olmadığını bildirib və əlavə edib ki, Kreml "Tomaqavklar" Ukraynada yerləşdirilsə belə, hərbi vəziyyəti dəyişməyəcək. (sfera)