Gürcüstan prezidenti: Rusiya ilə müharibə ölkə üçün fəlakətlə nəticələnərdi
14:03 DünyaGürcüstan Prezidenti Mixail KavelaşviliQərbin Gürcüstanı Rusiyaya qarşı müharibəyə çağırmasının ölkənin həyati milli maraqları ilə zidd olduğunu və bunun 2008-ci ildəki kimi katastrofik nəticələrə gətirib çıxaracağını bildirib.
Olaylar.az xəbər verir ki, Kavelaşvili "Responsible Statecraft" adlı ABŞ mediasına verdiyi müsahibədə, "Qərb bizdən Rusiyaya qarşı müharibə tələb edirdi, amma bu bizim həyatımız üçün vacib olan milli maraqlarımıza zidd idi.
Bu, 2008-ci ildə olduğu kimi, o dövrün hökumətinin NATO-ya güvənərək atdığı səhv addımlarla nəticələnərdi, nəticədə Gürcüstan fəlakətə uğrayardı," - deyə vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31