Polşa noyabrda ilk hərbi peyklərini orbitə göndərir - ÖZƏL

Polşanın Müdafiə Nazirliyi noyabr ayında ölkənin ilk hərbi peyklərini orbitə çıxaracağını açıqlayıb. Olaylar.az xəbər verir ki,  TVN24 telekanalına müsahibəsində nazir Vladislav Kosinyak-Kamış bildirib ki, may ayında Polşa-Fin şirkəti ICEYE-dən alınmış üç peyk Florida ştatının Kanaveral burnundan orbitə göndəriləcək. Nazirin sözlərinə görə, peyklər hava şəraitindən asılı olmayaraq aydın monoxrom təsvirlər əldə etməyə imkan verəcək. Hazırda Polşanın heç bir hərbi peyki yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31