“Taliban” Əfqanıstanda internetin qadağan olunması barədə xəbərləri təkzib edib – ÖZƏL

"Taliban" hökuməti Əfqanıstanda internetin ümummilli şəkildə qadağan olunması barədə yayılan məlumatları rədd edib. 

Olaylar.az xəbər verir ki, Associated Press-in xəbərinə görə, hərəkat bəyan edib ki, mövcud problemlər köhnəlmiş optik kabellərin sıradan çıxması ilə bağlıdır və hazırda onların yenilənməsi prosesi gedir.

Bu, "Taliban"ın rabitədə yaranan fasilələrlə bağlı ilk rəsmi açıqlaması olub. İnternetdəki nasazlıqlar bank sektorunda, ticarətdə və aviasiyada ciddi çətinliklərə səbəb olub.

Qeyd olunur ki, ötən ay bir neçə vilayətdə internetin kəsilməsi faktı təsdiqlənmişdi. Bildirilirdi ki, bu, "Taliban" lideri Hibətullah Axundzadənin "əxlaqsızlığa qarşı mübarizə" barədə göstərişi ilə əlaqədar həyata keçirilib.

Lakin hərəkat rəsmiləri yayılan şayiələri təkzib edərək bildiriblər: "İnternetə çıxışın qadağan olunması ilə bağlı deyilənlərin heç biri həqiqətə uyğun deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31