NATO Hava patrulunu koordinasiya edir - ÖZƏL
13:17 DünyaNATO ölkələrinin liderləri keçən həftə alyansın hava məkanının idarə olunması sahəsində vahid siyasətə keçidi müzakirə ediblər. Olaylar.az xəbər verir ki, bu barədə Defense One portalı yüksək rütbəli hərbçiyə istinadla məlumat yayıb. Məlumata görə, əsas məqsəd "hava məkanının patrulçuluğu ilə bağlı bütün tədbirlərin uyğunlaşdırılması və sinxronizasiyasının təmin olunması"dır.
Portalın verdiyi məlumata görə, bu məsələ Sentyabrın 26-27-də Riqa şəhərində keçirilən NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsindəki iclasında müzakirə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31