Heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq – Zelenski

Ukraynanın Prezidenti Volodimir Zelenski, Ukraynanın tarix boyunca bir çox imperiyalar tərəfindən işğal edilməyə çalışıldığını, lakin hər dəfə yenidən doğulduğunu vurğulayıb.

Olaylar.az-ın məlumatına görə o, bildirib ki, heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq.

Zelenski keçmiş imperiyaların Ukraynanı məhv etmək cəhdlərinin yalnız o imperiyaların dağıldığı ilə nəticələndiyini qeyd edib. "Ukrayna bir çox təcavüzkar gücləri, o cümlədən bu günkü Rusiya qarşısında qalib gəldi və hələ də qalib gələcək", - deyə Ukrayna lideri bildirib.

Ukrayna prezidenti ölkəsinin mübarizliyini və möhkəmliyini vurğulamaqla yanaşı, Ukraynanın bu dəfə də Rusiyaya qarşı dayandığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31