Qırğızıstan Prezidenti: Namizədliyimi irəli sürsəm, 90 faiz məni dəstəkləyəcək
10:06 Dünya"Beş il əvvəl mən əhalinin 80 faizinin dəstəyi ilə seçilmişəm".
Olaylar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qarşıdan gələn parlament seçkiləri ərəfəsində xalqa müraciətində bildirib.
Dövlət başçısının sözlərinə görə, növbəti prezident seçkilərində iştirak etmək qərarına gəlsə, 90 faiz dəstək alacağına əmindir, çünki ilk seçildiyi vaxtdan ictimaiyyətin dəstəyinin daha da gücləndiyini hiss edir.
Japarov həmçinin qeyd edib ki, heç bir deputatdan parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməyi xahiş etməyib.
"Mən şadam ki, uzunmüddətli siyasi sabitlik yaratmışıq. Bundan sonra, İnşallah, seçkilər arasında həmişə bir il yarımlıq fasilə olacaq. Ona görə də, hörmətli deputatlar, şəxsi maraqları hər şeydən üstün tutmamaqla düzgün qərar verdiniz. İdarəetmə sistemini sadələşdirmişik, onu düzgün yola salmışıq, siyasi böhranları həll, iqtisadi artımı təmin etmişik", - prezident bildirib.