Dünyanın sonunun dəqiq tarixi açıqlandı

Cənubi Afrika Respublikasından olan vaiz Coşua Mxlakela dünyanın sonunun yeni tarixini proqnozlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə "The South African" nəşri məlumat yayıb.

Əvvəlcə Mxlakela iddia edirdi ki, dünyanın sonu sentyabrda olacaq.

Onun sözlərinə görə, İsa Məsih ona görünüb və ikinci gəlişin yəhudilərin Roş-Ha-Şana bayramı zamanı - sentyabrın 23 və 24-də baş tutacağını bildirib.

Vəd edilən apokalipsis baş tutmadı, lakin Mxlakela öz sözlərindən imtina etmir. O hələ də hesab edir ki, bu baş verəcək, sadəcə tarixin şərhində səhv olub. Vaizin fikrincə, Məsih bu tarixi köhnə təqvimə, yəni Yuliyan təqviminə görə söyləmiş ola bilər.

Yuliyan təqvimi hazırda istifadə olunan təqvimdən 13 gün geri qaldığı üçün, köhnə təqvimlə sentyabrın 23 və 24-ü oktyabrın əvvəlinə təsadüf edəcək.

"Həqiqi Roş-Ha-Şana bayramı oktyabrın 7 və 8-i olacaq. Mən bundan bir milyard faiz əminəm", - Mxlakela bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31