İspaniyada qrip və COVID-19 epidemiyası: ölüm halları qeydə alınıb

İspaniyanın Sevilya şəhərinin La Alqaba rayonunda yerləşən qocalar evində qrip və COVID-19 epidemiyası baş qaldırıb.

Olaylar ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Əndəlüs Səhiyyə və İstehlakçıların İşləri Nazirliyi məlumat yayıb.

Məlumata görə, kəskin respirator infeksiyası epidemiyasına 22 yoluxma halı qeydə alınıb.

Qeyd edilir ki, 6 nəfər xəstəxanaya yerləşdirilib, 2-si artıq evə buraxılıb, 1-nin müalicəsi davam edir.

Üç nəfər və xəstəxanaya yerləşdirilməyən daha bir nəfər isə həyatını itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31