Tramp: “Mənə çirkin gəmilər lazım deyil” - ÖZƏL

ABŞ prezidenti Donald Tramp bildirib ki, Hərbi Dəniz Qüvvələrinin bəzi gəmiləri ona estetik baxımdan xoş gəlmir.

Olaylar xəbər verir ki, Tramp bu fikirləri Quantikoda ölkənin yüksək rütbəli zabitləri qarşısında çıxışı zamanı səsləndirib.

"Bəzi gəmiləriniz xoşuma gəlmir. Mən estetik insanam və onların bəziləri estetik baxımdan məni qane etmir. Deyirlər ki, bu gəmilər radara düşmür - bu, doğru deyil. Çirkin gəmi lazım deyil", - deyə Tramp vurğulayıb.

Çıxışı zamanı ABŞ lideri həmçinin qeyd edib ki, Amerika sualtı qayıqlar sahəsində Rusiya və Çindən öndədir, lakin həmin ölkələr sürətlə onları yaxalayır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31