Lukaşenkodan Zelenskiyə sərt cavab: “Vaxtilə mənə atası kimi baxırdı”

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna lideri Volodimir Zelenskinin onun və Rusiya prezidenti Vladimir Putinlə bağlı səsləndirdiyi fikirlərə sərt reaksiya verib. 

Olaylar.az xəbər verir ki, Lukaşenko Zelenskinin dediklərini "tam çepuxa" - yəni cəfəngiyat adlandırıb.

"Necə ki, yaxınlarda özünü oğlum hesab etdiyim həmkarım Volodya Zelenski dedi: guya biz Putinlə qoca adamlar bir yerdə oturub künclərdə kiminsə ziyanına nəsə pıçıldaşırıq. Tam çepuxa (cəfəngiyat)dır", - Lukaşenko bildirib.

"Ata-oğul münasibəti indi ironiyaya çevrilib"

Belarus lideri əlavə edib ki, Zelenskinin vaxtilə ona "ata-oğul münasibəti" ilə yanaşması indi ironik səslənir:

"Zelenski bir vaxtlar mənə ata kimi baxdığını deyirdi. İndi isə mənim və Putinin guya kimlərinsə əleyhinə gizli planlar qurduğunu söyləyir. Bu sadəcə reallıqdan uzaq sözlərdir."

Lukaşenko vurğulayıb ki, Minsk və Moskva arasındakı əməkdaşlıq pıçıltılar və gizli razılaşmalar üzərində deyil, açıq və real siyasət prinsiplərinə əsaslanır:

"Bizim münasibətlərimiz açıqdır, dövlətlərin maraqlarına xidmət edir və heç bir 'künc söhbətləri' üzərində qurulmayıb. Zelenskinin bu iddiaları sadəcə onun daxili auditoriyaya hesablanmış populist çıxışlarından biridir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31