Cənubi Afrika səfiri Parisdə itkin düşüb - ÖZƏL
14:04 DünyaCənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mthetva Parisdə itkin düşüb. Olaylar.az xəbər verir ki, bu barədə Actu17 portalı polis mənbələrinə istinadla xəbər yayıb. 58 yaşlı diplomat sentyabrın 29-u günorta saatlarından etibarən əlaqə saxlamayıb. Səfirliyin təhlükəsizlik xidməti yalnız həmin günün axşamı hüquq-mühafizə orqanlarına məlumat verib. Polis istintaqa başlayaraq səfirin yaxınlarını dindirib. Cənubi Afrika səfirliyi Parisin VII rayonunda, Fransa Xarici İşlər Nazirliyinin rezidensiyasının yaxınlığında yerləşir. Portalın məlumatına görə, Mthetvanın telefonu sonuncu dəfə paytaxtın qərbində aşkarlanıb. İstintaq diplomatın itkin düşməsi ilə bağlı müxtəlif versiyaları araşdırır. Mthetva fevral 2024-cü ildə Fransadakı səfir vəzifəsinə təyin olunub. O,2009-2014-cü illərdə polis işləri naziri olub, daha sonra isə idman, incəsənət və mədəniyyət nazirliyinə rəhbərlik edib.