Avropa Komissiyası Ukraynaya kreditdən silah alacaq - ÖZƏL
11:41 DünyaAvropa Komissiyasının (AB) rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropada dondurulmuş Rusiya aktivləri hesabına veriləcək "reparasiya krediti"nin bir hissəsi Ukraynanın silah ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Olaylar.az xəbər verir ki, Fon der Leyen deyib: "Biz öz müdafiə sənayemizi gücləndirəcəyik və kreditin bir hissəsinin Avropadan və Avropa istehsalçılarından silah alınmasına sərf olunmasını təmin edəcəyik."
AB rəhbəri qeyd edib ki, vəsait Ukraynaya bir dəfəlik ödənilməyəcək, tranzlar şəklində və müəyyən şərtlərlə veriləcək. O, bir daha Avropanın Rusiya suveren aktivlərini müsadirə etməyi planlaşdırmadığını vurğulayıb. 10 sentyabrda fon der Lyayen açıqlamışdı ki, AB Qərbdə dondurulmuş Rusiya aktivlərini müsadirə etməyi düşünmür, lakin onları Ukraynaya kredit verilməsi üçün istifadə edəcək. Avropada dondurulmuş Rusiya suveren aktivlərinin böyük hissəsi - təxminən 200 milyard avro Belçikadakı Euroclear platformasında bloklanıb.Depozitar dəfələrlə bu aktivlərin müsadirəsinə qarşı çıxaraq, bunun Rusiya tərəfindən Avropadakı və ya Belçikadakı digər aktivlərin hüquqi yolla alınmasına səbəb ola biləcəyini xəbərdar edib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan etmişdi ki, əgər Qərb dondurulmuş Rusiya rezervlərini "ələ keçirərsə", qlobal maliyyə-iqtisadi sistem pozulacaq və iqtisadi separatizm güclənəcək. Kremlin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Moskva Avropadakı aktivlərin "oğurlanmasına" cavab verəcək və bu sxemdə iştirak edənlərin hüquqi məsuliyyətə cəlb olunmasını təmin edəcək.