Estoniya XİN vətəndaşlarına Belarusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib - ÖZƏL

Estoniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Belarusiyaya səfər etməməyi tövsiyə edib. Nazirlik bu qərarı Belarusiyada estoniyalıların və digər Avropa İttifaqı ölkələrinin vətəndaşlarının saxlanılması halları ilə əlaqələndirib. Olaylar.az xəbər verir ki, qurumun açıqlamasında bildirilib ki, Estoniyanın Belarusiyada konsulu yoxdur və bu səbəbdən hər hansı problem zamanı konsulluq yardımının göstərilməsi adi hallardan daha çox vaxt apara və ya ümumiyyətlə mümkün olmaya bilər.
Qeyd edək ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına Belarusiyanı tərk etməyi və bu ölkəyə səfərlərdən imtina etməyi tövsiyə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31