Marta Kosi: Aİ Ukrayna ilə danışıqların ilk klasterini açmağa hazırdır – ÖZƏL
10:11 DünyaAvropa İttifaqı (Aİ) Ukrayna ilə üzvlük danışıqlarının ilk klasterini açmağa hazırdır. Olaylar.az xəbər verir ki, bunu Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosi bildirib. Onun sözlərinə görə, prosesin başlaması üçün 27 üzv ölkənin razılığı tələb olunur, lakin hazırda Macarıstan bu addımı bloklayır. Komissar qeyd edib ki, Ukraynanın "skrininq" prosesi digər namizəd ölkələrə nisbətən rekord sürətlə həyata keçirilib:
"Biz Avropa qanunvericiliyinin 100 mindən çox səhifəsini nəzərdən keçirdik. Klasterlərin açılması prosesi tamamilə onlara əsaslıdır. Ukrayna lazımi islahatları həyata keçirdiyi təqdirdə geri qalmayacaq. Hazırda biz intensiv şəkildə işləyirik və üzv dövlətlərlə, o cümlədən Macarıstanla dialoq aparırıq".
Marta Kosi xüsusilə vurğulayıb ki, Ukraynanın üzərində ən çox işləməli olduğu sahə korrupsiyaya qarşı mübarizədir:
"Güclü iqtisadiyyat və möhkəm qanunvericilik xarici sərmayəni cəlb edəcək. Əgər güclü və müstəqil antikorrupsiya institutları olmazsa, xarici investorlar risk görəcəklər və ölkəyə gəlməyəcəklər. Belə institutlar olmadan böyük maliyyə itkiləri mümkündür".