Ukrayna deputatları Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdü - ÖZƏL
20:34 DünyaUkrayna Ali Radasına ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qanun layihəsi təqdim edilib.
Olaylar xəbər verir ki, layihənin beş imzacısından yalnız biri "Xalqın Xidmətçisi" partiyasının üzvüdür, buna görə təşəbbüs Banqova (Prezident Administrasiyası) ilə razılaşdırılmamış ola bilər.
Əvvəllər Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Tramp yalnız Qəzzadakı konflikti dayandırsa, Nobel Sülh Mükafatını ala bilər.
Nobel Komitəsinin katibi Kristian Berg Harpviken açıqlayıb ki, ABŞ prezidentinə sülh mükafatı verilməsi çağırışlarını nəzərə almırlar və tamamilə müstəqil fəaliyyət göstərirlər.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31