Orban: Ukrayna ərazisinin beşdə birini itirib, suverenliyi yoxdur - ÖZƏL

Macarıstan Baş naziri Viktor Orban bildirib ki, Ukrayna ərazisinin beşdə birini itirib və artıq suveren dövlət kimi fəaliyyət göstərə bilməz.

Olaylar xəbər verir ki, Macarıstan Baş naziri Orban Ukraynanın ərazisinin beşdə birini itirdiyini açıqlayıb.

Orban vurğulayıb ki, Ukraynanın suverenliyi bu məqamda sona çatıb.

Bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukrayna Silahlı Qüvvələrinin rus ordusunun hücumunu dayandırmağa çalışarkən böyük itkilər verdiyini açıqlamışdı.

Rusiya müdafiə naziri Andrey Belousov isə qeyd edib ki, rus ordusu hər ay xüsusi hərbi əməliyyat çərçivəsində 600-700 kvadrat kilometr ərazini azad edir.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31