İsveç, Danimarkaya dron əleyhinə sistemlər göndərir - ÖZƏL
14:10 Dünyaİsveç Silahlı Qüvvələri Danimarkaya hərbi dron əleyhinə vasitələr təmin edəcək. Olaylar.az xəbər verir ki, bu qərar hökumət tərəfindən qəbul olunub və məqsəd yaxınlaşan Avropa İttifaqı sammiti zamanı təhlükəsizliyin artırılmasıdır. Son dövrlərdə Danimarkada bir neçə dron insidenti baş verib, bu da ölkənin bir neçə hava limanında və strateji obyektlərində hərəkətin pozulmasına səbəb olub. İsveç Silahlı Qüvvələri Danimarkaya təqdim edəcəyi Counter UAS sistemləri ilə mümkün dronları aşkarlayıb neytrallaşdırmaq imkanına malikdir. Bu sistemlərdə sensorlar və elektromaqnit müdaxilə texnologiyaları mövcuddur. Danimarka Nəqliyyat İdarəsi bildirib ki, sammit zamanı, yəni 29 sentyabrdan 3 oktyabra qədər krallığın hava məkanı mülki dronlar üçün bağlanacaq. Ölkədə əvvəlki vaxtlarda Karup və Skridstrup hərbi bazaları, Holstebro kazarmaları və bir neçə mülki hava limanı yaxınlığında naməlum dronlar müşahidə olunub.