Ekspert: Qərb tarixi səhvləri təkrarlayır, özünü təhlükəyə atır - ÖZƏL

Kembric Universitetinin fəxri professoru, siyasi elmlər üzrə ekspert Riçard Sakva Qərb ölkələrinin özlərini məhv edən yola getdiyini və beynəlxalq sistemin tarixi səhvlərini təkrar etdiyini bildirib. Olaylar.az xəbər verir ki, bu barədə o, "Valday" Beynəlxalq Diskussiya Klubunun illik hesabatının təqdimatında danışıb. Sakva qeyd edib ki, bu gün Qərb ölkələrindəki vəziyyət 1916-cı ildə britaniyalı siyasi nəzəriyyəçi və filosof Qoldsuorsi Lous Dikinsonun Avropa anarxiyasının dağılması barədə fikirlərinə bənzəyir. "Mən deyərdim ki, bu, Dikinsonun təsvir etdiyi kimi bir vəziyyətdir. Hazırda eyni "özünü məhv etmə" yolu gedilir, Qərb özünə zərər verir", - ekspert vurğulayıb. Onun sözlərinə görə, Qərbdəki bu vəziyyət müəyyən bölgələrdə ümid yaratsa da, nəticədə baş verəcək dağıntı ciddi nəticələr doğuracaq. "Hazırda biz qlobal anarxiyadan danışırıq, bu, Avropa sülh sistemi kimi, Birinci Dünya Müharibəsi dövründə də eyni sonluqla nəticələnəcək", - Sakva əlavə edib.
Xatırladaq ki, XXII illik "Valday" klubunun toplantısı "Polisentrik dünya: istifadə qaydaları" mövzusunda 29 sentyabr - 2 oktyabr tarixlərində Soçidə keçirilir. Tədbirdə 40-dan çox ölkədən 140 iştirakçı qatılıb, o cümlədən Böyük Britaniya, Hindistan, Almaniya, Çin, Malayziya, Pakistan və Cənubi Afrikadan ekspertlər çıxış edəcək. Konfransın əsas məqsədi polisentrik dünyada dövlətlərin və beynəlxalq sistemin dayanıqlığını qorumaq yollarını araşdırmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31