İspaniya ABŞ-dan İsrailə silah daşınmasına icazə vermədi - ÖZƏL
29 Sentyabr 2025 11:44 Dünyaİspaniya Rota (Kadiz əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) hərbi bazaları vasitəsilə ABŞ-a məxsus silah, sursat və hərbi texnika daşıyan təyyarə və gəmilərin İsrailə tranzitini qadağan edib. Olaylar.az xəbər verir ki, bu barədə El País qəzeti məlumat yayıb.Qəzetin məlumatına görə, bu qadağa həm birbaşa İsrailə gedən, həm də digər ölkələrdə ara dayanacaqdan sonra İsrailə yönələn hərbi yük daşıyan gəmilərə aiddir. Eyni zamanda, İspaniya ABŞ-ın hərbi təyyarələrini və ya gəmilərini ara dayanacaq zamanı yoxlamır. Pentaqon yüklərin nə olduğunu gizlədə bilərdi, lakin mənbələrə görə, tərəfdaşlar arasındakı etimad ciddi şəkildə zədələnə bilərdi. Madrid İsrailin Qəzza sektorundakı vəziyyətə görə sərt mövqe tutur. Əvvəllər İspaniya hökuməti İsrailə silah ixracını hüquqi olaraq qadağan edən bir fərman qəbul etmişdi.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də radikal Fələstin təşkilatı HƏMAS-ın silahlı tərəfdarlarının Qəzza sektorundan İsrail ərazisinə daxil olması ilə kəskinləşib. Hadisə zamanı sərhəd kəndlərinin sakinləri qətlə yetirilib və 250-dən çox girov götürülüb. İsrail cavab olaraq HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və bütün girovları azad etmək məqsədilə hərbi əməliyyata başlayıb.