Politico: Aİ rəsmiləri Rusiya ilə qarşıdurmadan çəkinirlər - ÖZƏL

Avropa İttifaqının bir sıra rəsmiləri Rusiyayla birbaşa qarşıdurmadan yayınmağa çalışır. Səbəb kimi isə qitədə potensial hərbi münaqişə ehtimalından narahatlıq göstərilir. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Məlumata görə, naməlum hava obyektləri ilə bağlı son insidentlər Brüssel və Moskva arasında gərginliyi artırıb. Ekspertlər xəbərdarlıq edirlər ki, hazırkı vəziyyət "Frans Ferdinand anı"na çevrilə bilər. Xatırladaq ki, Avstriya-Macarıstan taxt-tacının varisinin Sarayevoda qətlə yetirilməsi Birinci Dünya müharibəsinin başlanmasına səbəb olmuşdu. Nəşr qeyd edir ki, Rusiyadan qaynaqlandığı iddia edilən təhlükələrə cavab vermək Aİ daxilində kifayət qədər mürəkkəbdir. Çünki ittifaqa üzv ölkələrin çox vaxt bir-birinə zidd prioritetləri mövcuddur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31