Pilotsuz təyyarə Rumıniyanın ən böyük hava limanında əməliyyatları dayandırıb - ÖZƏL

Rumıniyanın paytaxtındakı Henri Koanda Beynəlxalq Hava Limanında 28 sentyabrda mülki pilotsuz uçuş aparatının (PUA) uçuş zolağına yaxınlaşması hava limanının fəaliyyətini pozub. Olaylar.az xəbər verir ki,  bu barədə Buxarest Hava Limanları Milli Şirkəti (CNAB) məlumat yayıb. Hadisə barədə dispetçerlərə "Turkish Airlines" şirkətinə məxsus Airbus A330 təyyarəsinin heyəti məlumat verib. Təhlükəsizlik məqsədilə təxminən 40 dəqiqə ərzində hava limanında reyslərin qəbulu dayandırılıb. Bir neçə təyyarə təhlükəsiz zonalara yönləndirilib, doqquz reys isə digər uçuş zolağına istiqamətləndirilib.
Hazırda Rumıniya hakimiyyəti PUA-nın operatorunu axtarır. Qanunvericiliyə görə, ölkədə mülki və hərbi hava limanları ətrafında pilotsuz uçuş aparatlarının istifadəsi qadağandır və bu hal cinayət məsuliyyəti yaradır. Xatırladaq ki, sentyabrın 19-da da eyni hava limanının təxminən 4 km yaxınlığında mülki PUA müşahidə edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31