ABŞ hələ də İranın nüvə sazişi üzrə razılaşmaya ümid edir - Marko Rubio
13:29 DünyaVaşinqton hələ də İranın nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlməyə ümid edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.
O qeyd edib ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-nin şərq sahilləri vaxtı ilə saat 20:00-da bərpa edilib. (28 sentyabr, Bakı vaxtı ilə saat 4:00-da).
"Prezident [Donald] Tramp açıq şəkildə bildirib ki, diplomatiya bir seçim olaraq qalır - razılaşma həm İran xalqı, həm də dünya üçün ən yaxşı nəticə olaraq qalır. Bunun baş verməsi üçün İran düzgün, vaxt itirmədən və yayındırmadan aparılan birbaşa danışıqlara razılıq verməlidir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31