Rusiya ordusu Kiyevi vurdu - ölənlər var

Rusiya ordusu sentyabrın 28-nə keçən gecə Kiyevi PUA raket atəşinə tutub.

Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Teleqram kanalında məlumat verib.

"Kiyevə endirilən zərbə nəticəsində 10 nəfərin yaralandığı və iki nəfərin öldüyü təsdiqlənib. Bu məlumat çox güman ki, yekun deyil", - Tkaçenko bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri 12 yaşlı qızdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31