“Öldürmək istədikləri üçün vurdular” – Pezeşkiandan İLK

İran Prezidenti Məsud Pezeşkian İsraillə 12 günlük müharibə zamanı aldığı xəsarətin təfərrüatlarını açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə "NBC News" telekanalına müsahibəsində danışıb.

"Bu, xüsusi bir şey deyildi. Diz nahiyəsində hematoma olduğunu deyə bilərik. Mən bomba partlayışı nəticəsində yaralandım. Bu, qeyri-qanuni və əxlaqsız addım idi. Onlar bizi öldürmək istədikləri üçün vurdular. Biz ölümdən və şəhidlikdən qorxmuruq. Öz həyatımızı yaşamışıq", - Pezeşkian vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31