Aİ Ukrayna üçün Orbanın gedişini gözləyir – danışıqlar 2026-cı ilə qaldı

Avropa İttifaqında Ukraynanın üzvlüyü ilə bağlı yeni qalmaqallı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, DW-yə danışan mənbənin sözlərinə görə, Kiyevlə rəsmi danışıqlar yalnız 2026-cı ilin aprelində Macarıstanda keçiriləcək parlament seçkilərindən sonra mümkün ola bilər.

Mənbə bildirib ki, hazırkı baş nazir Viktor Orban hakimiyyətdə olduğu müddətdə bu prosesin başlanması real görünmür. Avropa rəsmilərindən biri isə vurğulayıb:

"Yeganə realist çıxış yolu - bütün texniki hazırlıqları qabaqcadan yekunlaşdırmaqdır. Beləliklə, Orban getdikdən sonra biz sürətlə irəliləyə bilərik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31