Tramp: Digər siyasi rəqiblərim də ittihamlarla üzləşəcək - ÖZƏL
20:27 DünyaABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ittihamlar yalnız keçmiş FBI direktoru Ceyms Komiyə qarşı deyil, bəzi digər siyasi rəqiblərinə də irəli sürüləcək.
Olaylar xəbər verir ki, Tramp jurnalistlərlə söhbətində bildirib:
"Başqa şəxslər də olacaq. Söhbət siyahıdan getmir. Bu, intiqam deyil, ədalət məsələsidir."
O qeyd edib ki, Komi və bəzi digər yüksək vəzifəli keçmiş və hazırkı dövlət məmurları vaxtilə onun əleyhinə Ədliyyə Nazirliyini "silah kimi istifadə ediblər". Komi isə Konqresə yalan danışmaqda "tutulub". 25 sentyabrda ona yalan ifadə vermək və ədalətin həyata keçirilməsinə maneçilik yaratmaq ittihamları rəsmi şəkildə irəli sürülüb və ona beş ilədək həbs cəzası verilə bilər.
Tramp daha əvvəl müsahibələrində Komi və keçmiş CIA rəhbəri Con Brennan-ın saxlanılmasına qarşı çıxmayacağını bildirmişdi. Bu şəxslər Demokrat Partiyasının 2016-cı il seçkilərində Rusiyanın müdaxiləsi barədə saxta məlumat yaymaqla bağlı şübhə altındadırlar.
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard iyul ayında hesabat yayıb. Hesabata görə, 44-cü prezident Barak Obamanın administrasiyası Trampın qalibiyyətindən sonra Rusiyanın seçkilərə müdaxiləsi barədə məlumatları saxtalaşdırıb. Qabbard bildirib ki, seçkilərdən əvvəl kəşfiyyat yekdil idi: Rusiya müdaxilə etməmişdi. Lakin dekabrda administrasiya yeni, əvvəlki qiymətləndirmələrə zidd hesabat hazırlayıb.
Tramp dəfələrlə Rusiya rəsmiləri ilə hər hansı qanunsuz əlaqələrdə şübhələri rədd edib. Moskva da ABŞ seçkilərinə təsir cəhdləri barədə iddiaları əsassız adlandırıb.
İbrahim Məmmədli