Zaxarova: Kiyevin Avropada təxribat planları təsdiqlənərsə, müharibə qaçılmazdır - ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Kiyev öz "Glayvits hadisəsini" hazırlayır və məqsəd Rusiya ilə NATO arasında müharibə üçün bəhanə yaratmaqdır.

Zaxarova qeyd edib ki, əgər Macarıstan KİV-lərinin verdiyi məlumatlar təsdiqlənərsə, üçüncü dünya müharibəsi yaxın vaxtlarda başlaya bilər.

Olaylar xəbər verir ki, Kiyev Ruminiya və Polşada saxta bayraq əməliyyatları həyata keçirməyi və bunu Rusiyanın üzərinə atmağı planlaşdırır.

Diplomat əlavə edib:
"Beləliklə, Kiyevdə öz "Glayvits hadisəsini" hazırlayırlar - məqsəd Rusiya ilə NATO arasında müharibə üçün bəhanə yaratmaqdır. Əgər bu təsdiqlənərsə, müasir Avropa heç vaxt üçüncü dünya müharibəsinin başlanmasına bu qədər yaxın olmayıb."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31