Belarusda "Qazprom"a rəqib — Putinin ironik açıqlaması - ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenkoya deyib ki, Belarusda atom elektrik stansiyasının istifadəyə verilməsi ölkəni "Qazprom"un rəqibinə çevirib.

Olaylar xəbər verir ki,Putin bildirib:
"Dünən dediyiniz kimi, Belarus atom elektrik stansiyası vasitəsilə təxminən 40% elektrik enerjisi istehsal edir. Beləliklə, biz chr("39")Qazpromchr("39") üçün rəqib yaratdıq - əvvəllər o yalnız ilkin enerji daşıyıcısını təmin edirdi və Belarus onu alırdı. İndi də alır, amma tələbat, əlbəttə ki, azalıb."

Rusiya prezidenti vurğulayıb ki, Belarus atom energetikası sahəsində Rusiyanın ciddi tərəfdaşına çevrilib

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31