Finlandiya kurortu Rusiya ilə sərhədin qapanmasından zərər gördü - ÖZƏL

Finlandiyanın İmatra qəsəbəsində yerləşən kurort Rusiya ilə sərhədin bağlanmasından sonra milyonlarla avro borca düşüb.

Olaylar xəbər verir ki, bu barədə Yle məlumat yayıb.

Məlumata görə, ciddi maliyyə çətinlikləri ilə üzləşən İmatra kurortu artıq təxminən 5,7 milyon avro borca malikdir.

Bildirilir ki, kurort mərkəzində problemlər əvvəlcə koronavirus pandemiyası dövründə başlayıb. Rusiya ilə sərhədin bağlanması isə vəziyyəti daha da ağırlaşdırıb. 2023-cü ildə mərkəzin zərəri 676 min avro təşkil edib, 2024-cü ildə isə bu məbləğ 155 min avroya qədər azaldılıb. Bununla belə, nəticə əsasən kütləvi ixtisarların hesabına əldə olunub.

Qeyd olunur ki, əgər restrukturizasiya aparılmasa, kurorta sahib olan fondun müflis olması qaçılmazdır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov, Rusiya ilə əlaqələrin kəsilməsi səbəbindən Finlandiyada əhali azalmasıprosesinin başladığını bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31