Türkiyədə kişi qatarın altında qaldı, ölmədi
18:50 DünyaTürkiyənin Bursa şəhərində "Şehreküstü" metrostansiyasında maraqlı hadisə baş verib.
Olaylar xəbər verir ki, iki şagird dərsdən sonra platformada zarafat edərkən, gözləyən 60 yaşlı Abdulkadir Kavaklıgilə təsadüfən toxunublar. Bu səbəbdən kişi tarazlığını itirib və qatar relslərinə yıxılıb.
Qatar stansiyaya daxil olarkən, maşınistin sürətli reaksiyası sayəsində kişi son anda ağır xəsarətlərdən və ölümdən xilas olunub. Yaralı kişi dərhal xəstəxanaya çatdırılıb, polis isə hadisənin təfərrüatını araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31