Ukrayna üç Macarıstan hərbçisinin ölkəyə girişini qadağan etdi

Ukrayna üç yüksək rütbəli Macarıstan hərbçisinə ölkəyə giriş qadağası qoyub.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa özünün X səhifəsində yazıb.

"Belə bir addım Macarıstanın bir sıra Ukrayna hərbçilərinin onun ərazisinə girişinə qadağa qoymasına cavabdır. Macarıstan tərəfindən edilən hər bir hörmətsizlik adekvat cavabla qarşılanacaq", - Sibiqa bildirib.

Qeyd edək ki, avqustun 28-də Macarıstan "Drujba" neft kəmərinə hücuma görə PUA komandiri, "Madyar" kimi tanınan Robert Brovdinin ölkəyə girişini qadağan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31