Badri Caparidze: “Gürcüstanda dəyişikliklər qaçılmazdır” – ÖZƏL
16:48 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Gürcüstan" partiyasının liderlərindən biri Badri Caparidze hakim "Gürcü Arzusu"nu zorakılıq, hədə və təzyiqlərdə ittiham edib. Onun sözlərinə görə, bu cür hərəkətlərin güclənməsi ölkədə dəyişikliklərin qaçılmaz olduğunu göstərir.
Partiyanın məlumatına görə, Caparidze Marneuliyə səfər edərək komanda üzvləri ilə görüşüb, qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri ilə bağlı problemləri müzakirə edib.
"'Gürcü Arzusu'nun zorakılıq və hədə-qorxu cəhdlərinin artması yalnız bir şeyi göstərir - ölkədə dəyişikliklər qaçılmazdır. Eyni zamanda, 4 oktyabrda vətəndaşlarımız səs verəcək və bundan sonra Gürcüstanda dəyişikliklər başlayacaq. Bu dəyişikliklər insanların həyatının yaxşılaşmasına, uşaqların keyfiyyətli təhsil almasına, sağlamlıq sisteminin yaxşılaşmasına və məşğulluğun təmin olunmasına xidmət edəcək", - deyə Caparidze bildirib.
"Güclü Gürcüstan"ın açıqlamasına əsasən, Marneulidə artıq üç namizəd öz namizədliyini "Gürcü Arzusu"nun xeyrinə geri götürüb.