ABŞ Konqresində HR3000 qanun layihəsinə dəyişiklik qəbul edilib – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində HR3000 qanun layihəsinə edilən dəyişiklik yekdilliklə qəbul olunub. Dəyişikliyi komitədə üzv müavini Qeyb Amo irəli sürüb.

Amerika Erməni Assambleyasının məlumatına görə, dəyişiklik ABŞ dövlət katibi Marko Rubioya Ermənistan və Azərbaycan hökumətləri ilə əməkdaşlıq etməyi öhdəlik kimi qoyur. Məqsəd - erməni hərbi əsirlərinin azad edilməsini təşviq etmək, erməni dini və tarixi abidələrinin qorunmasını təmin etmək, Qarabağdan köçkün düşmüş qaçqınların təhlükəsiz şəkildə geri qayıtmasına şərait yaratmaq və hərbi münaqişənin sülh yolu ilə başa çatdırılmasına töhfə verməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31