Netanyahunun BMT-dəki çıxışı Qəzzaya səsgücləndiricilərlə yayımlanacaq - ÖZƏL
16:10 Dünyaİsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı Qəzza zolağına səsgücləndiricilər vasitəsilə yayımlanacaq. Olaylar.az xəbər verir ki, bu barədə baş nazirin ofisi məlumat yayıb. Məlumata görə, İsrail ordusu və mülki strukturların əməkdaşlığı ilə sərhədin İsrail tərəfində, yük maşınlarına quraşdırılmış səsgücləndiricilər vasitəsilə çıxışın translyasiyası təmin ediləcək. Baş nazirin ofisindən bildirilib ki, bu üsul ordunun Qəzza daxilindəki fəaliyyətinə mane olmamaq üçün seçilib. İsrail mediası isə daha əvvəl orduda bu qərara narazılıq yarandığını, hərbçilərin təhlükəsizliyinə risk gətirə biləcəyini qeyd etmişdi."Baş nazir tapşırıb ki, bu tədbir İsrail hərbçilərinin həyatını riskə atmadan həyata keçirilsin", - ofisdən vurğulanıb.Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı sentyabrın 26-da baş tutacaq. Onun əsas mövzusunun İsrail-Fələstin münaqişəsi olacağı gözlənilir.