Kaxa Kaladze: “Zelenski Gürcüstanı və xalqımızı rahat buraxsın” – ÖZƏL

Tbilisi meri və hakim "Gürcü Arzusu" partiyasının baş katibi Kaxa Kaladze Ukrayna Prezidenti Volodimir Zelenskiyə sərt cavab verib. 

Olaylar.az xəbər verir ki, bu barədə "Gürcüstan Xəbərləri" məlumat yayıb.

Kaladze bildirib ki, Zelenskinin vaxtı artıq bitib və o, Ukraynada baş verənlərə görə cavab verməli olacaq:
"Onun birbaşa iştirakı ilə bu gün Ukraynada baş verənlərin məsuliyyətini daşıyır", - deyə o vurğulayıb.

Siyasətçi bu sözləri Zelenskinin BMT-də Gürcüstanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Kaladze Ukrayna prezidentinə müraciətlə qeyd edib: "Gürcüstanı və gürcü xalqını rahat buraxın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31